Anadolunun ilk məscidi bərpa olunur.
Teleqraf.com-un Türkiyə bürosu Hataya ezam olunan əməkdaşı xəbər verir ki, Anadolunun ilk məscidi Həbib Nəccar məscidi restavrasiya olunur. Vəqflər Baş İdarəsinin Hatay Bölgə müdiri Adəm Bozkurt bildirib ki, məscid "Əsrin fəlakəti" zamanı tamamilə dağılmışdı.
“Daşların emal edilməsi, divarların hörülməsi, pəncərələrin və şadırvan damının yenidən qurulması işlərindən sonra məscidin taxta günbəz hissəsi yerinə qoyuldu. Binanın hər bir daşına və hər bir detalına böyük dəqiqliklə yanaşırıq. Biz işimizi mümkün qədər tez başa çatdırmağı və məscidin ibadətə açılmağını səbirsizliklə gözləyirik”.
Həbib Nəccarın adını daşıyan məscid Anadoluda inşa edilən ilk məscid sayılır. Məscid VII əsrdə inşa edilib.