15:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakim “Gürcü Arzusu” partiyasının üç üzvü – İlya İncia, Varlam Liparteliani və Nika Elisaşvili parlament çoxluğunu tərk ediblər.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, üç deputat qanunverici orqanda müxalif siyasi qrup halında fəaliyyət göstərəcək.
İ.İncia keçirdiyi brifinqdə bildirib ki, siyasi qrup “Avropa sosialistləri” əsasında yaradılacaq.

O qeyd edib ki, qrupun fəaliyyətinin əsas məqsədi Milli Hərəkatın hakimiyyətə qayıtmasının və ölkənin qaranlıq keçmişinin qarşısını almaqdan ibarət olacaq.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər