30 Noyabr 08:49
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada müxalif qüvvələr İdlib və Hələb vilayətlərində azı 850 kv.km ərazini nəzarətə götürüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "TRT World" telekanalı məlumat yayıb.

Daha əvvəl üsyançıların 400 kvadrat kilometr ərazini nəzarətə götürdükləri bildirilirdi.

KİV-in məlumatına görə, müxalif qüvvələr 108 yaşayış məntəqəsini, o cümlədən Hələbdə 86 və İdlibdə 22 məntəqəni nəzarətə götürüblər.

Qeyd edək ki, Suriya üsyançıları ölkənin ikinci böyük şəhəri olan Hələbə 2016-cı ildən bəri ilk dəfə daxil olublar. O zaman onlar uzun müddət davam edən döyüşlər nəticəsində şərq rayonlarından sıxışdırılıb çıxarılmışdılar. Çoxsaylı məlumatlara görə, tərəflər arasında döyüşlər davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər