30 Noyabr 20:50
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərində İranın Baş Konsulluğu terrorçuların hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai hücumu pisləyib və konsulluq binalarına hər hansı hücumu qadağan edən 1963-cü il konsulluq əlaqələri konvensiyasının pozulmasını qəbuledilməz adlandırıb.

Baqainin sözlərinə görə, İran bu təcavüz aktını beynəlxalq səviyyədə nəzərdən keçirəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər