30 Noyabr 20:06
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın "Newsweek" nəşri ABŞ arsenalında ən böyük termonüvə bombası olan B83-ün Moskva, Pxenyan və Pekinə endirdiyi zərbənin nəticələrini simulyasiya edib.

Teleqraf.com xəbər verir ki, Pxenyana zərbə 1,3 milyon insanın ölümünə, 1,1 milyon insanın isə yaralanmasına səbəb olacaq.

Rusiyada isə 1,4 milyon insan öləcək və təxminən 3,7 milyon insan yaralanacaq. Pekin üçün 1,5 milyon nəfər ölü, 3,3 milyon yaralı proqnozlaşdırılır.

"Newsweek" qeyd edir ki, partlayış nəticəsində atəş topunun radiusu 4,1 kvadratmetr təşkil edəcək. Orta dərəcədə təsirlənən ərazi 175,34 kvadratmetr olacaq, bu da yaşayış binalarının dağılmasına və irimiqyaslı yanğınlara səbəb olacaq. Episentrindən 546.5 km aralıda olan insanlar üçüncü dərəcəli yanıqlar ala bilərlər, bu da əlilliyə və amputasiyaya səbəb ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər