Suriyada Heyət Təhrir əş-Şam (HTŞ) silahlı qruplaşması ilə Bəşər Əsəd hakimiyyəti arasında qarşıdurmalar fonunda İraq sərhəd təhlükəsizliyini gücləndirir.
Teleqraf.com İHA-ya istinadən xəbər verir ki, bu barədə İraqın Birgə Əməliyyatlar Komandanının müavini general-leytenant Kays əl-Məhəmmədavi məlumat verib.
Onun sözlərinə görə, İraq-Suriya sərhədi tamamilə bağlıdır.
Muhammedavi bəyan edib ki, İraq təhlükəsizlik qüvvələri tam təchiz olunub və ölkənin təhlükəsizliyini təmin etməyə hazırdır.