30 Noyabr 13:13
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ anlamalıdır ki, Rusiya hərbi doktrinasında təqdim olunan mümkün ssenarilər təbliğat deyil, amansız reallıqdır.

Teleqraf.com xeber verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Həqiqətlə üzləşib bunu təsdiqləmək lazımdır, biz bunu edirik. Ümid edirəm ki, bizim həm sözlü, həm də maddi olan siqnallarımız, nəhayət, haradasa, bəzi hökumət dairələrində, kabinetlərdə və ya ABŞ-ın sığınacaqlarında ən azı kimsə tərəfindən qəbul edilir, təkcə təbliğat kimi rədd edilmir. Bu, təbliğat deyil, amansız reallıqdır. Onlar bunu belə qəbul etməlidirlər”, - rusiyalı diplomat bildirib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər