30 Noyabr 13:58
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı bəyanatlarını diqqətlə nəzərdən keçirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, Rusiya liderinin bu mesajlarının təkcə təhdid olmadığını söyləyib.

“Rusiya prezidenti Vladimir Putinin nüvə ritorikasını sadəcə təhdid kimi qiymətləndirmək çox bəsit olardı. İstifadə oluna bilən bütün adi silahlar artıq (Ukraynada) istifadə edilib, amma müharibə bitməyib. Burada ya sülh bərqərar olacaq, ya da müharibə nəzarətdən çıxacaq. Buna görə də Putinin nüvə ritorikası nəzərə alınmalıdır”, - Fidan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər