30 Noyabr 16:32
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Rusiya ilə müharibə 2025-ci ildə başa çata bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna lideri söz verib ki, savaşa son qoymaq üçün hər şey ediləcək:

“Gələn il bu müharibəni bitirmək üçün hər cür imkanımız var. Biz bunu edə bilərik, ancaq Avropa və ABŞ-la birlikdə”.

Zelenski hesab edir ki, müharibə diplomatik yolla başa çata bilər. Onun fikrincə, Amerikanın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynanı gücləndirməyə və Rusiyaya böyük təzyiq göstərməyə qadirdir.

Zelenski müharibənin başa çatması ilə bağlı belə bir proqnoz verib:

“Tez baş verə bilər, amma hər şey iradədən asılıdır. Bunu istəyənlərin iradəsindən. Bəllidir ki. bu, asan deyil və sabah da olmayacaq. Amma gələn il baş verə bilər. Mən belə hiss edirəm, amma hər şey digər liderlərin qərarları və iradəsindən asılıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər