"Suriya öz ərazi bütövlüyünü müdafiə etməyə davam edir".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla söhbəti zamanı deyib.
Onun sözlərinə görə, Suriyaya dostları və müttəfiqləri tərəfindən bu məsələdə köməklik edilərsə, terrorçuları məhv edə bilər.
Noyabrın 28-də "CNN" telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib.
Suriyalı üsyançılar 2016-cı ildən bəri ilk dəfə ölkənin ikinci ən böyük şəhəri olan Hələbin mərkəzini ələ keçirib. Suriya ordusu əks-hücuma hazırlaşmaq üçün qoşunlarını geri çəkib.
Şəhərdə dövlət qurumları fəaliyyət göstərmir, üsyançılar həbsxanaları boşaldır, abidələri sökür və malikanələrin içərilərində fotoşəkillər çəkirlər.
İdlibdə isə müxalifət şəhəri ələ keçirib. İndi bütün əyalət üsyançıların nəzarəti altındadır.