Rusiya və Suriya Hərbi Hava Qüvvələri terrorçu qruplaşmalara və təchizat xətlərinə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
“Suriya və dost Rusiya hərbi təyyarələri terrorçuların cəmləşdiyi ərazilərə, onların hərəkətlərinə və təchizat xətlərinə zərbələr endirir”, - departament qeyd edib.