30 Noyabr 14:58
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Avropa İttifaqının Gürcüstanın inteqrasiyasını dayandırdığını deyən Aİ səfiri bu gün iddia edir ki, avrointeqrasiya prosesini Gürcüstan dayandırıb. Son üç ildə Gürcüstan cəmiyyətinin müşahidə etdiyi bu cür yalan və ikiüzlülük gürcülərin Avropa institutlarına inamını sarsıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Gürcüstan avrointeqrasiya prosesini dayandırmayıb və bu proseslə bağlı bütün öhdəliklərin yerinə yetirilməsi davam etdirilir.

“Təəccüblü deyil ki, Avropa İttifaqının keçirdiyi “Avropa Barometri” sorğusuna əsasən, Gürcüstan cəmiyyətində Aİ institutlarına inam rekord səviyyəyə — 58 faizə düşüb. Bəzi avropalı siyasətçilər və bürokratları nə Gürcüstanın milli maraqları, nə də Avropa İttifaqının imici maraqlandırır”, – Kobaxidze deyib.

Baş nazir qeyd edib ki, Gürcüstanda sülh və sabitliyi heç kim sarsıtmayacaq və süni maneələrə baxmayaraq, ölkə inadla avrointeqrasiya istiqamətində irəliləyəcək.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər