ABŞ Müdafiə Nazirliyi Tayvana F-16 təyyarələrinin ehtiyat hissələri və radarlar satmağa qərar verib.
Teleqraf.com xeber verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İki ölkə arasındakı müqavilə 385 milyon dollar dəyərindədir.
Tayvanın ABŞ tərəfindən silahlandırılması Çin tərəfindən etirazla qarşılanır. Pekin buna cavab olaraq, ada ətrafındakı hərbi qüvvələrinin sayını artırıb.