30 Noyabr 23:27
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Suriyadakı hərbi müşavirləri korpusunun rəhbəri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Kiyumars Purhaşimi Ərəb Respublikasının şimalında törədilən terror aktı nəticəsində ölüb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu SEPAH komandiri Hüseyn Səlami deyib.

O qeyd edib ki, İsrail Qəzza zolağında və Livanda strateji məğlubiyyətə uğrayıb və islami müqavimət cəbhəsi üzərində hökmranlıq yaratmaq məqsədinə nail ola bilməyib.

“İndi terrorçular Qəzzə və Livanın cənubunda məğlub olanların nəzarəti və rəhbərliyi altında son günlər bu ölkənin ordusu və milislərindən cavab alaraq Suriyaya növbəti hücuma keçiblər” - o deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər