İsrail Hərbi Hava Qüvvələri Suriyada “Hizbullah” terror təşkilatının hərbi obyektlərini hədəf alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail Suriya ilə Livan arasındakı sərhəd keçidlərinə yaxın yerləşən və “Hizbullah”ın silah qaçaqmalçılığı məqsədilə istifadə etdiyi hərbi obyektlərə hava zərbələri endirib.