30 Noyabr 22:00
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə Gürcüstan parlamentinin binası önündə keçirilən kütləvi aksiya davam edir.

Teleqraf.com xəbər verir ki, etirazçılar binanın pəncərəsini sındırıblar. Bəzi iştirakçılar “İmedi” televiziya kanalının avadanlıqlarına ziyan vurub.

Ərazidə çox sayda polis qüvvələri, xüsusi təyinatlılar və xüsusi texnika səfərbər olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, aksiyada bəzi insanların hərəkətləri zorakı xarakter alıb.

DİN aksiyaçıları dinc şəraitdə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.

***

19:40

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Teleqraf.com xəbər verir ki, iştirakçılar Rustaveli prospektini bağlayıblar.

Paytaxtla yanaşı Batumi, Kutaisi, Zuqdidi və Telavi şəhərlərində də aksiyalar keçirilir.

Qeyd edək ki, Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi barədə bəyanatından sonra qonşu ölkədə kütləvi etirazlar baş qaldırıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər