Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsi dekabrın əvvəlində açıla bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Misir rəsmiləri bu həftə İsrailə səfər edərək razılaşmanın şərtlərini müzakirə ediblər. Qahirə və yəhudi dövləti razılığa gəlsə, keçid məntəqəsi dekabrın əvvəlində öz işini bərpa edə biləcək.
Keçidin açılması Qəzzaya humanitar yardımın tədarükünü artıracaq, eləcə də daha geniş atəşkəs razılaşması istiqamətində işlərə təkan verəcək.