30 Noyabr 18:03
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada cəbhədə mühüm döyüşlərə cəmi yeddi həftə qala bilər. Tərəflər öz addımlarını müharibədə sonuncu böyük təkana çevirmək üçün ciddi səylər göstərirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra bir gün ərzində Ukraynadakı münaqişəyə son qoyacağına söz verib. Tramp artıq danışıqlar aparmaq mandatı ilə keçmiş köməkçisi və istefada olan general-leytenant Keyt Kelloqu Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə təyin edib.

Hazırda Ukrayna və Rusiya danışıqlara başlamazdan əvvəl öz təsirlərini artırmaq üçün əraziləri ələ keçirmək və istənilən taktiki üstünlük əldə etməyə çalışır.

Britaniyalı analitik Ceyms Niksi qeyd edib ki, Trampın timsalında tezliklə oyunu dəyişdirə biləcək həmlələr var:

“Kiyev və Moskvanın müharibənin tez bir zamanda bitməsini istəmək üçün müxtəlif səbəbləri var. Hər ikisi təkcə Trampa görə yox, həm də özlərinin sistemli endemik problemləri olduğuna görə zamana qarşı mübarizə aparırlar”.

Qərb rəsmisi nəşrə deyib ki, artıq Moskva və Kiyevlə yanaşı, Ukraynaya yardım edən ölkələr də müharibənin dayandırılmasını istəyirlər:

“Hamı danışıqların aparılmalı olduğunu güman edir, həm ukraynalılar, həm də ruslar onlar üçün ən yaxşı yerdə olmaq istəyirlər. Hər iki tərəf daha çox səy göstərdikcə, səhv hesablama riski daha da kəskinləşir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər