30 Noyabr 10:11
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada bir terror dövlətinin qurulması mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Suriyada bir terror dövlətinin qurulmasını mümkün görmürəm. Suriyada terror dövlətinin təsirli olacağını düşünmürəm”, - nazir qeyd edib.

Fidan ABŞ-ın YPG/PYD terror təşkilatı üçün “oksigen maskası” rolunu oynadığını bildirib:

“Amerikalı həmkarlarımıza deyirik ki, əgər siz oranı həssas bir bölgə kimi görürsünüzsə, bizim üçün də həssasdır, bir gün seçim nöqtəsinə gəlib oradakı struktura icazə versəniz, səhv seçim etmiş olarsınız. ABŞ bizim qətiyyətimizi çox yaxşı bilir. Oradakı terror strukturu hazırda tamamilə ABŞ-dan asılı olan süni bir quruluşdur. Bir insanın reanimasiyada oksigen maskası olmadan yaşaya bilməyəcəyini təsəvvür edin. Bölgədəki terrorçu qrupların oksigen maskaları da Amerikadadır. ABŞ oksigeni kəssə, üç gün yaşaya bilməyəcəklər. Bu coğrafiyada mövcud olandan başqa yeni bir strukturlanma və ya yeni bir dövlət qurma prosesi mümkün deyil.

Şimali İraqa baxın: federasiya var, muxtariyyət var, yerli strukturlar var, amma heç nəyə nail olmayıblar. Bizim əsas məqsədimiz Suriyada ərazi bütövlüyünü təmin etməkdir. Sərhəddəki kürdlərin himayəçisi Türkiyədir”.

Türkiyənin baş diplomatı hesab edir ki, Bəşər Əsəd rejimi suriyalıların ölkələrinə qayıtması üçün lazımi addımları atmalıdır.

“Türkiyə bölgənin ən güclü ölkəsi olduğu üçün atdığı və atacağı bütün addımlarda sülhə üstünlük verir. İlk məqsədimiz sülhdür. Bizim həyata keçirdiyimiz xarici siyasət milli, Türkiyə mərkəzli, müstəqil xarici siyasətdir”, - Hakan Fidan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər