30 Noyabr 10:46
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı Mərkəzinin (SOCCENT) komandanı general-mayor Casper Ceffersi İsraillə “Hizbullah” terror təşkilatı arasında atəşkəs rejiminin icrası və monitorinqi mexanizminə nəzarət etmək üçün Beyruta göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Ceffers bu missiyanı ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos Xoxşteynlə birlikdə həyata keçirəcək.

Açıqlamada qeyd olunur ki, nəzarət mexanizmi ABŞ tərəfindən idarə olunacaq, missiyaya Livan və İsrail hərbçiləri, BMT sülhməramlıları və Fransa nümayəndələri daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər