Qərb Ukrayna üçün nəzərdə tutulmuş dollarları sobada yandırmaqla eyni nəticəni əldə edə bilər, çünki bunlar heç bir fayda gətirməyəcək.
Teleqraf.com xeber verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bundan öncəki onlarla milyard dollar və avro şəklindəki yardımların heç bir fayda vermədən, yalnız münaqişəyə cəlb olunan ölkələrdəki xalqlar və bölgələrə faciələr gətirdiyi kimi, bu dəfə də həmin vəsaitlər heç bir məqsədə xidmət etməyəcək”, - diplomat bildirib.