Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsinin fəaliyyəti tam bərpa edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata əsasən, gömrük-keçid məntəqəsi vasitəsilə malların idxalı və ixracı, həmçinin dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları adi rejimdə maneəsiz həyata keçirilir.
Qeyd edək ki, “Kazbeqi” məntəqəsi noyabrın 28-dən qeyri-sabit hava şəraitinə görə müvəqqəti bağlanmışdı.
Bu məntəqə Gürcüstan və Rusiya arasında fəaliyyət göstərən yeganə quru sərhəd qapısıdır.