ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə departamentin mətbuat katibi Metyu Miller “X” hesabında yazıb.
O, ABŞ və Avropa İttifaqının “Gürcü Arzusu”nun avrointeqrasiyanı dayandırması barədə qərarından təəssüfləndiyini bildirib.
“Gürcü Arzusu”nun müxtəlif antidemokratik addımları bizim strateji tərəfdaşlığımızın əsas prinsiplərini pozub. Bu prinsiplər ümumi dəyərlərə və demokratiyaya sədaqətə, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan haqları və azadlıqlarına hörmət, həmçinin korrupsiya ilə mübarizəyə əsaslanırdı. Nəticədə ABŞ bu mexanizmin fəaliyyətini dayandırdı”, - Miller yazıb.