2 Dekabr 23:07
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna xalqına çox baha başa gələn “ucuz adamdır”.

Teleqraf.vom xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskinin Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında Rusiyanı təhqir etməsinə münasibət bildirərkən deyib.

Tədbirdə Zelenskidən Ukrayna münaqişəsinin həlli üçün Rusiyanın nəyə getməli olduğu soruşulub və o, isə cavabında “yaxşı olar ki, üç hərfə” deyib. Bundan sonra salonda gülüş səsi eşidilib və Şoltsda gülümsəməyə başlayıb.

Zaxarovanın sözlərinə görə, kansler "zarafatı" anlamayıb, əslində Zelenskinin “Almaniya” demək istədiyini başa düşməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər