2 Dekabr 22:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tottenhem"lə Avropa Liqası matçında dizinin çarpaz bağları qopan "Qalatasaray"ın hücumçusu Mauro İkardi əməliyyat olunub.

Teleqraf.com xəbər verir ki, argentinalı futbolçunun əməliyyatı ölkəsində - Buenos Ayresdə edilib. İkardi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, İkardi Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Tottenhem"lə keçirilən oyunda zədələnib. MRT müayinəsindən sonra futbolçuda sağ dizinin ön çarpaz bağının qopması aşkarlanıb. O, mövsümün qalan hissəsində yaşıl meydanlara çıxa bilməyəcək. Ulduz futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində 14 rəsmi matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər