3 Dekabr 17:11
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət nümayəndələrini sabah ictimai müzakirəyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat hökumətin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

İ.Kobaxidze keçmiş və hazırkı siyasətçiləri on nəfər həmfikri ilə birgə hökumət administrasiyasına dəvət edib.
Baş nazir ictimai müzakirənin canlı efir formatında keçiriləcəyini qeyd edib.

***

15:03

Gürcüstan hökuməti və müxalifəti arasında ictimai müzakirənin keçiriləcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu barədə ətraflı məlumat qısa vaxt ərzində açıqlanacaq. Baş nazir deyib ki, qarşı tərəf 11-12 nəfərlə təmsil olunmalıdır.

“Çox tezliklə onlara konkret vaxt və format barədə təklifimizin yer alacağı rəsmi məlumatımız açıqlanacaq. Mənim yanaşmam belədir – üç subyekt var Canelidze, Xidaşeli və “Girçi”. Onlara demək istəyirəm ki, ümumilikdə 11-12 nəfər gələcək və biz son dörd ildə baş vermiş proseslərə dair ictimai müzakirə üçün xüsusi məkan və format təklif edəcəyik”, - İ.Kobaxidze deyib.

Qeyd edək ki, ötən gün baş nazir müxalifətlə danışıqları istisna edib. O, hakimiyyətin opponentləri ilə yalnız ictimai müzakirəyə hazır olduğunu bildirib. Onun bu çağırışına müxalif “Girçi” partiyasının liderlərindən biri Yaqo Xvimiya, keçmiş XİN başçısı Mixeil Canelidze və keçmiş müdafiə naziri Tinatin Xidaşeli hazırlıq bildiriblər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər