Tbilisidə polis etirazçıları Gürcüstan parlamentinin binasının ətrafından uzaqlaşdırıb.
Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları xüsusi təyinatlıların tərəfinə pirotexniki vasitələr atırlar.
Polisə qarşı zorakılıq göstərən bir neçə etirazçı saxlanılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, aqressiv etirazçılar aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib, onlara müxtəlif küt əşyalar, pirotexniki vasitələr və tez alışan maddələr atıblar.