Türkiyədə turistləri aldadaraq 2,1 milyard türk lirəsindən (təxminən 100 milyon manat) çox pul qazanan dələduzlardan ibarət dəstə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin "İHA" agentliyi məlumat yayıb.
Məlumata görə, şübhəlilərin saxlanılması üçün planlanan əməliyyat İstanbul da daxil olmaqla Türkiyənin 9 vilayətində beş ay ərzində hazırlanıb.
İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxslər hotellərin saxta reklamlarını yerləşdirib müştəriləri aldadaraq mövcud olmayan rezervasiyalara görə pul alıblar.
Hazırda 20 şübhəli saxlanılıb, onlardan 12-si həbs edilib.
Ümumilikdə şübhəlilərin vətəndaşları aldatmaq üçün istifadə edilən bank hesablarında iki milyard türk lirəsindən çox pul var.