30 Dekabr 2024 22:00
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Maliyyə Nazirliyi 2024-cü ildə beynəlxalq tərəfdaşlardan 41,7 milyard dollar xarici maliyyə cəlb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə departament rəsmi saytında məlumat verilib.

Qrant vəsaitləri ümumi maliyyələşdirmənin təxminən 30%-ni təşkil edib. Bundan əlavə Ukrayna bütün kreditləri güzəştli şərtlərlə alıb.

Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, 41,7 milyard dollar məbləğində vəsait bütün prioritet sosial və humanitar xərcləri, xüsusən də təhsil və səhiyyə sektorunda çalışan işçilərin əmək haqlarını, əhalinin sosial müdafiəsini, humanitar yardımları təmin etməyə imkan verib.

Ukraynaya bu il ən çox yardım edənlər siyahısında Dünya Bankı, Beynəlxalq Fond, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, ABŞ və Yaponiya var.


Müəllif: Arzu

Oxşar xəbərlər