ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixləri arasında Cənubi Koreya, Yaponiya və Fransaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Blinken Cənubi Koreya, Yaponiya və Fransada bir sıra dövlət rəsmiləri ilə görüşəcək və bu görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.