4 Yanvar 00:22
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın cənubunda avtobusun uçurumdan aşması nəticəsində azı 13 nəfər ölüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Mariya Konstansa Qarsiya məlumat verib.

Səlahiyyətlilər 13 nəfərin öldüyünü, 18 nəfərin isə yaralandığını bildiriblər.

Avtobus Kali şəhərindən Ekvadorla sərhəddə yerləşən İpiales kəndinə gedirmiş.

İlkin məlumatlara görə, avtobus nasaz olub, nəticədə sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi hündürlükdən aşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər