Cəlilabadda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini, qadın sürücünün idarə etdiyi "Honda" markalı minik avtomobili, Cəlilabad rayon sakinin idarə etdiyi "Chevrolet" markalı minik avtomobili ilə avtomobilin toqquşub.
Nəticədə "Honda" markalı avtomobildə olan 3 nəfər - 1971-ci il təvəllüdlü Nəzakət Rzaxan qızı Gəncəliyeva (Döş qəfəsinin küt travması), 1961-ci il təvəllüdlü Fərman Şirxan oğlu Cəfərov (sağ qaşın əzilmiş cırılmış yarası. Sol mil sümüyünün distal qapalı yer dəyişmiş sınığı) və 1980-cı il təvəllüdlü Nəbiyev Seyfəddin Ruşan oğlu Nəbiyev (sol əlin baş barmağın distal falanqının əzilməsi, dırnaq qanaması) xəsarət alıb.
Onlar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.