Azərbaycanda qida duzu istehsalı artıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 11 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23.9 faiz çox - 80.9 min ton qida duzu istehsal edilib.
Ancaq ehtiyat qida duzu azalıb. Belə ki, 1 dekabr 2024-cü ilə hazır məhsul ehtiyatı 2.1 min ton olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton azdır.