Azərbaycanda avtomobil benzini istehsalı azalıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 11 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9.4 faiz az – 1 milyon 210,8 min ton avtomobil benzini istehsal edilib.
Hazır məhsul ehtiyatı isə kəskin azalıb. Ötən ilin 1 dekabrına avtomobil benzini ehtiyatı 43,8 min ton azalaraq 5 min ton olub.