6 Yanvar 10:21
260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzada kəskin hava şəraiti nəticəsində həlak olan uşaqların sayı 8-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Bildirilib ki, Yusif adlı körpə şaxtadan donaraq həyatını itirib.

Hadisə ilə bağlı telekanala açıqlama verən körpənin anası söyləyib ki, yuxudan oyandığı zaman uşaq artıq donmuş vəziyyətdə olub.

“Yanımda yatmışdı, yuxudan oyananda onun donaraq öldüyünü gördüm. Bizim vəziyyətimizi heç kəs başa düşə bilməz. Nə deyəcəyimi bilmirəm”, - qadın belə bildirib.

Qeyd edək ki, 1 ildən çoxdur davam edən İsrail-HƏMAS müharibəsi nəticəsində Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla, 46 minə yaxın insan həlak olub.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər