Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenskidən üzr istəməyib.
Teleqraf.com xəbər verir ki, Ukrayna liderinin sözlərini Lukaşenkonun sözçüsü Natalya Eysmont təkzib edib.
“Belarus prezidenti Zelenskidən üzr istəməyib, üzr istəniləsi heç bir şey yoxdur”, - Eysmont belə deyib.
Xatırladaq ki, bundan öncə Zelenski müharibənin əvvəlində Lukaşenkonun Belarus ərazisindən Ukraynaya hücuma görə ondan üzr istədiyini bildirmişdi.