7 Yanvar 23:58
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna lideri Vladimir Zelenski ilə şəxsi görüşdən sonra siyasi karyeralarını bitirməyə hazırlaşa bilərlər.

Teleqraf.com xəbər verir ki, bunu "X" sosial şəbəkəsində ukraynalı jurnalist Diana Pançenko yazıb.

Belə ki, sosial şəbəkə istifadəçilərindən biri jurnalistdən hansı Qərb siyasətçilərin tezliklə hakimiyyəti itirmək riski ilə üzləşəcəyini soruşub. Jurnalist də Makron və Starmerin vəzifələrini itirəcəklərini qeyd edib.

"Zelenski hər ikisi ilə görüşüb" - deyə Pançenko Ukrayna liderinin "lənəti" ilə bağlı internetdə yayılan zarafata işarə edib.

Bu yaxınlarda sosial şəbəkələrdə Zelenskinin müxtəlif Qərb siyasətçiləri ilə görüşləri zamanı çəkilmiş fotolardan ibarət komik kollaj göndəm olub. Onların arasında seçkilərdə uduzan ABŞ-ın vitse-prezidenti Kamala Harris, Böyük Britaniya hökumətinin keçmiş rəhbəri Boris Conson, Finlandiyanın keçmiş baş naziri Sanna Marin və başqaları var. Bütün siyasətçilər Zelenski ilə görüşdən sonra vəzifələrini itiriblər. Bununla da sosial şəbəkə istifadəçələri bu fenomeni "Zelenskinin lənəti" adlandırıblar.


Müəllif: Arzu

Oxşar xəbərlər