7 Yanvar 21:35
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidenti Donald Tramp Panama kanalının ABŞ-nin nəzarətinə keçməsi ilə bağlı Panama nümayəndələri ilə danışıqlara başladığını bildirib.

Teleqraf.com xəbər verir ki, Tramp Panama hakimiyyətinin ABŞ hakimiyyət orqanlarına dəniz qüvvələrinə görə digər ölkələrin gəmilərindən daha çox pul tələb etdiyini açıqlayıb.

“Bizə gülürlər, çünki axmaq olduğumuzu düşünürlər, amma biz artıq axmaq deyilik", - siyasətçi qeyd edib.

Trampın sözlərinə görə, Vaşinqton kanala nəzarəti təhvil verdikdən sonra Panama müqavilənin bütün bəndlərini pozub.


Müəllif: Arzu

Oxşar xəbərlər