11:35
281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında münaqişəyə son qoyulmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin yeni dövlət katibi Marko Rubio deyib.

“Biz müharibənin bitməsini istəyirik. Bu olduqca aydındır. Prezidentin nə dediyini gördünüz, o, sülhü təşviq edən və münaqişələrə son qoyan bir lider olmaq istəyir və bu da asan olmayacaq”, - Rubio bildirib.

Dövlət Departamentinin rəhbərinin sözlərinə görə, atəşkəs çətin proses olsa da bu, Tramp üçün əsas prioritet məsələdir.

Xatırladaq ki, ötən gündən etibarən vəzifə səlahiyyətlərinin icrasına başlayan ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər