Avropa İttifaqının (Aİ) Gürcüstan Nümayəndəliyinin yerli “Formula” telekanalının əməkdaşını jurnalist müsabiqəsinin finalçısı elan etməsi narazılıqla qarşılanıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili rəsmi feysbuk səhifəsində bu gün telekanalın "terror"u davam etdirdiyini bildirib.
“Ötən gün Aİ-nin Gürcüstandakı Nümayəndəliyi bu ölkənin ordusunun talançısı Kezeraşvilinin “Formula” telekanalının jurnalisti müsabiqənin finalçısı olduğunu açıqlayıb. Nifrət və zorakılığı təbliğ edən təşkilatları təşviq etmək nifrət və zorakılıq kampaniyasında iştiraka bərabərdir”, - spiker yazıb.
Xatırladaq ki, “Formula” telekanalı 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olmuş David Kezeraşviliyə məxsusdur. Ötən ilin dekabrında Strasburq məhkəməsinin qərarı ilə onun nazir olduğu müddətdə Gürcüstan ordusu üçün nəzərdə tutulmuş dövlət büdcəsini israf etdiyi və ona qarşı heç bir siyasi təqibin olmadığı təsdiqlənib.