UEFA Avropa Liqasında VII turun ilk görüşü keçirilib.
Teleqraf.com-un məlumatına görə, Türkiyə "Qalatasaray"ı İstanbuldakı "Rams Park"da Ukraynanın "Dinamo Kiyev" komandasını qəbul edib. Görüş 3:3 hesablı bərabərliklə yekunlaşıb.
Meydan sahiblərinin qollarını Davinson Sançes (dəq. 6), Abdülkerim Bardakçı (dəq. 21) və Viktor Osimhen (dəq. 53) vurub. Qonaqlardan isə Vladislav Vanat (dəq. 45) və Andrey Yarmolenko (dəq. 66; 81) fərqlənib.
Bu nəticədən sonra "Qalatasaray" xalını 13-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan "Dinamo Kiyev" isə sonuncu - 36-cı pillədə qalıb.
Sonuncu turda "sarı-qırmızılar" Niderlandda "Ayaks"ın qonağı olacaq. "Göy-ağlar" isə Latviya RFS-ini qəbul edəcək.