"İspaniya BRİKS-ə üzv olmağa can atmır".
Teleqraf.com xəbər verir ki, bunu Madrid muxtar icmasının rəhbəri İzabel Diaz Ayuso ABŞ prezidenti Donald Trampın İspaniyanın BRİKS-in üzvü olması ilə bağlı sözlərini şərh edərkən deyib.
"Nə ispanlar, nə də İspaniya BRİKS-in bir hissəsi deyil və üzv olmağa çalışmırlar", - Ayuso vurğulayıb.
Qeyd edək ki, yanvarın 20-də Tramp səhvən İspaniyanı BRİKS ölkəsi adlandırıb.