Süni intellektin köməyi ilə hazırlanan dərman 2025-ci ilin sonunda təqdim oluna bilər.
Teleqraf.com xəbər verir ki, bu dərman onkoloji, ürək-damar və ya neyrodegenertiv xəstəliklərin müalicəsində istifadə edilə bilər.
Məlumatı kimya üzrə 2024-cü ilin Nobel mükfatçısı Xassabis "Financial Times"-ə açıqlamasında verib. O qeyd edib ki, adətən bir dərmanın işlənib hazırlanması üçün orta hesabla 5-10 il vaxt tələb edir, süni intellekt isə bu prosesi 10 dəfə sürətləndirə bilər.