İyirmi səkkiz saat yubanan FV6850 reysi nəhayət Moskvaya uçub. .
Teleqraf.com xəbər verir ki, uçuşu 328 sərnişin gözləyirmiş.
"Rosiya" aviaşirkətindən verilən xəbərə görə, yubanma texniki nasazlıqla, sonra isə ekipajın istirahət norması ilə bağlı olub və yubanan reysin bütün sərnişinləri üçün həmin müddətdə oteldə yaşama, qidalanma və içki təqdim olunub.
Onu da qeyd edək ki, bir qədər əvvəl rus turistlərinə gecələməyə yer ayrılmadığı üçün onların Havana limanının binasında çadır düşərgəsi qurmaları barədə xəbər yayılmışdı.