UEFA Avropa Liqasında VII turun "Qarabağ" - FCSB matçı başa çatır. Teleqraf.com xəbər verir ki, slovakiyalı baş hakim Filip Qlovanın final fiti Rumıniya klubunun 3:2 hesablı əzmkar qələbəsini qeydə alır.
Bununla da 3 xala malik "Qarabağ" növbəti mərhələyə vəsiqə verən ilk "24-lük"dən kənarda qalır. Xalını 14-ə çatdıran FCSB isə 1/8 finala birbaşa vəsiqə verən ilk "8-liy"ə daxil olur.
***
73-cü dəqiqədə FCSB hesabda önə keçir. Adrian Şutun zərbəsindən sonra top qapıya daxil olur. Bu, Şutun ikinci qolu olur.
***
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - FCSB oyununda ikinci hissə başlayıb.
***
45+4-cü dəqiqədə David Mikulesku yenidən FCSB-nin bərabərlik qolunu vurur - 2:2. Komandalar fasiləyə bu hesabla yollanırlar.
***
41-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin cinah ötürməsindən sonra FCSB-nin müdafiəçisi Coyskim Dava topu öz qapısına göndərir. "Qarabağ" yenidən hesabda önə keçir - 2:1.
***
11-ci dəqiqədə slovakiyalı referi Filip Qlova müdafiəçi Kevin Medinanın rəqib futbolçuya qarşı hərəkətini penalti kimi dəyərləndirib. Lakin o, VAR monitoruna baxdıqdan sonra penaltini ləğv edib.
***
7-ci dəqiqədə künc zərbəsindən sonra FCSB-nin futbolçusu Adrian Şut topu "Qarabağ"ın qapısından keçirir.
***
"Qarabağ" artıq 56-cı saniyədə hesabı açır. Leandro Andrade fərdi keçidini qolla tamamlayır.
***
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Rumıniyanın FKSB komandaları arasında keçirilən VII turun oyunu start götürüb.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 21:45-də başlayıb.
Matçı slovakiyalı hakim Filip Qlova idarə edir.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3
Qollar: Leandro Andrade, 1. Coyskim Dava, 41 (öz qapısına) - Adrian Şut, 7; 73. David Mikulesku, 45+4
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
Tofiq Bəhramov adına Respublika Stadionu