Dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2025−2026-cı illər ərzində bu istiqamətdə təhlillər aparılacaq, müvafiq siyahılar təsdiq ediləcək və müvafiq siyahıya uyğun dəyişkən iş rejimi təşkil ediləcək.