Yanvarın 31-də Ağcabədi rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.