25 Mart 2015 08:12
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın cənubunda «Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” aşkarlanıb.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Yuxarı Provans departamentini Fransa parlamentdə təmsil edən Kristof Kastane bildirib.

Germanwings aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.


Müəllif: