Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borclarının bu həftə üçün razılaşdırılmış hissəsini ödəyəcəyini bildirib.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bunu fondun rəhbəri Kritin Laqard deyib. Onun sözlərinə görə, bunun üçün Afinaya aprelin 9-nadək vaxt verilib.
Yunanıstanın yeni maliyyə naziri Yanis Varufakis də kreditlə bağlı götürdükləri bütün öhdəliklərini vaxtında yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, Yunanıstanın BVF-na 450 milyon avro borcu var.
Samir