Alimlərin araşdırmalarına görə, sadə nəfəs testi bağırsaq problemi olan insanlarda mədə xərçəngi riskinin inkişafını erkən mərhələlərdə proqnozlaşdırmağa kömək edə bilər.
Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, test insanın nəfəsindən kiçik kimyəvi birləşmələr alaraq, unikal "nəfəs izləri" ilə xərçəng riski dəyişiklikləri ayırd etməyə hesablanıb. Ekspertlərin fikrincə, əgər test geniş sınaqlarla sübuta yetirilərsə, xərçəng riski daha erkən mərhələlərdə müalicə olunar.
Böyük Britaniyada hər il təxminən 7300 nəfərdə mədə xərçəngi aşkarlanır. Lakin bir çox Qərb ölkələrində bu xəstəliyə gec diaqnoz qoyulduğuna görə, yaşamaq şansı daha da azalır.
Alimlər erkən diaqnozun müalicəyə kömək edə biləcəyinə inanırlar. Yeni nəfəs testi İsrail, Latviya və Çin tədqiqatçılarının əvvəlki işlərinə əsaslamır. Tədqiqatçılar 145 xəstədən nəfəs nümunələri götürüb və onların təxminən 30-da mədə xərçənginin olduğu aşkarlanıb. Araşdırmalara minlərlə avropalı xəstənin cəlb olunması nəzərdə tutulur. Alimlərin fikrincə, sınağın klinikalarda tətbiqi üçün daha çox iş tələb olunur.